Ruy Koşta yenidən “Benfika”nın prezidenti seçildi
- 18:00
- 35
Ruy Koşta yenidən "Benfika"nın prezidenti seçilib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qərar klubun direktorlar şurası tərəfindən keçirilən seçkilərdə verilib.
Koşta 65,9 faiz səs toplayıb. Digər namizəd Joao Noronha Lopes isə 34,11 faiz səs yığa bilib.
Ruy Koşya daha 4 il Lissabon klubunun rəhbəri olacaq. O, bu vəzifədə 2021-ci ilin yayından çalışır.
Koşta futbolçu karyerası ərzində Portuqaliya millisi və “Benfika”, “Fiorentina”, “Milan” kimi klublarda çıxış edib.