Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.


Rekord.az xəbər verir ki, ikinci yarış günündə 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.


Rəşad Məmmədov türkiyəli Ömər Rəcəplə tam üstünlüklə (8:0) qalib gələrək bürünc medalı boynundan asıb.


İslam Abbasov (87 kq) da eyni nəticəni təkrarlayıb. Təcrübəli güləşçimiz həlledici qarşılaşmada türkiyəli Doğan Kayanı üstələyib – 5:1. Bununla da İslam böyüklər arasında Avropa çempionatlarında qazandığı medalların sayını beşə (1 gümüş, 4 bürünc) çatdırıb.


Beka Kandelaki (130 kq) üçüncülük uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnivetskiyə 1:3 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.