"Rəqib əvəzləmə ilə oyunu dəyişir, buna qarşılıq verə bilmirik" - MÜSAHİBƏ
- 13:00
- 46
"Karvan"ın futbolçusu Vadim Abdullayev "Araz Naxçıvan"a 1:2-lik məğlubiyyətdən sonra Rekord.az-a müsahibə verib:
- Yenə son dəqiqədə qol buraxıb məğlub oldunuz. Xal üçün nə çatmadı?
- Oyunu pis oynamadıq, uşaqlar döyüşdülər, vuruşdular, ən azı 1 xala layiq idik. Amma alınmadı, son dəqiqədə bir penalti qərarı hər şeyi alt-üst etdi.
- Həmin epizodda hakimlə çox mübahisə etdin, hətta sarı vərəqə də aldın. Düşünürsən ki, penalti yox idi?
- Əlim bədənimə bitişik idi, bilərəkdən topa oyun yox idi. Hakimə də niyyətimi izah etmək istəyirdim ki, bilərəkdən topa oyun yox idi. Vərəqəni də buna görə aldım. Bilirsiniz, biz kiçik komandayıq, ona görə bu cür epizodlarda qapımıza penaltini çox rahat təyin edirlər.
- Demək istəyirsən ki, eyni epizod "Araz Naxçıvan"ın qapısına olsa, hakim penalti verməyəcəkdi?
- 100 faiz verməyəcəkdi.
- Bundan əvvəlki oyunlarda da bir neçə dəfə olub ki, hesabı açmısınız, amma sona yaxın qol buraxıb uduzmusunuz. Bunun səbəbi nədir, fiziki gücünüz tükənir, komanda sona doğru boşalır, ya necə?
- Taktiki cəhətdən nəyisə düzgün etmirik. Hesabı açırıq daha sonra rəqib komandalar əvəzləmələr edir, nələrisə dəyişib bizə qol vurur, amma biz buna qarşılıq verə bilmirik. Heyətimiz də kasaddı, lazımı ehtiyat qüvvəmiz yoxdur.
- Yevlaxdan kənarda oynamağınızın da yəqin ki, nəticələrə təsiri var...
- Əlbəttə var. Yevlada oynasaq hər oyun bizi nə qədər azarkeş dəstəkləyəcək. Doğma meydançada, dolu tribunalar önündə xal qazanmaq daha asandı.
- Səncə, "Karvan" Premyer Liqada qala biləcək?
- İnanəram ki, qalacaq. Ən qısa zamanda Yevlaxa dönsək, daha rahat olacaq. Qeyd etdiyim kimi, heyətimiz kasaddı. Bu mənada yeganə silahımız sona qədər döyüşməkdi.