“Real”ın futbolçusunda xroniki zədə aşkarlanıb
- 03 Noy 2025 20:00
- 57
İspaniya təmsilçisi "Real"ın (Madrid) futbolçusu Franko Mastantuonoda zədə aşkarlanıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı vingerə xroniki qasıq zədəsi olan pubalji diaqnozu qoyulub.
Daha əvvəl eyni diaqnoz "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamala da qoyulmuşdu.
Mastantuono bu mövsüm "Real"ın heyətində 12 oyuna çıxıb, bir qol vurub, bir məhsuldar ötürmə verib.