“Real” əsas qapıçısıni itirdi
- 10 Noy 2025 19:00
- 202
İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua zədələnib.
Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.
33 yaşlı qolkiperin sağ ayağındakı əzələsində problem aşkarlanıb.
Belçikalı oyunçunun müalicəsinə başlanılıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.