Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Sağlam həyat" layihəsi çərçivəsində sambo güləşi üzrə 25 nəfər uşaq və yeniyetmə idmançı arasında nümunəvi çıxışları keçirilmişdir.

Rekord.az xəbər verir ki, sambo güləşi üzrə nümunəvi çıxışların keçirilməsinin məqsədi bu idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olması və perspektivlı idmançıların aşkar edilməsidir.