Quba şəhər şəhid Hacıbaba Əliyev adına 1 saylı orta məktəbində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində badminton idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunmuşdur.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi, rayonda idmanın kütləviliyinə nail olunması və perspektivli idmançıların aşkar edilməsidir.