Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə 27 Sentyabr-Anım gününə həsr olunmuş yeniyetmə və gənclər arasında atletika idman növü üzrə Quba rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın açılışında Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi yolunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nöhbalayev iştirakçılara yarışın keçirilməsi məqsədləri barədə məlumat vermişdir.

Yarış 100m, 400m və 3000 m məsafəyə qaçış normativləri üzrə keçirilmişdir. Yarışın sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunmuşdur.