Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan UGİM-in idman zalında “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə ustad dərsi təşkil olunub.

Rekord.az xəbər verir ki, idman ustası Valeh Etibarovun rəhbərliyi ilə keçirilən ustad dərsi zamanı əvvəlcə yeniyetmə idmançılara və həvəskarlara sərbəst güləş idman növü haqqında ətraflı məlumat verilib.

Qızışdırıcı fiziki hərəkətlərdən sonra iştirakçılar təcrübəli məşqçi-müəllimin rəhbərliyi ilə müxtəlif güləş fəndlərini öyrənərək praktiki şəkildə icra ediblər.  Ustad dərsinin əsas məqsədi uşaqlar və yeniyetmələr arasında sərbəst güləşə marağın artırılması, sağlam həyat tərzinin təbliği və təlim-məşq proseslərinin daha da təkmilləşdirilməsidir.