Qırğızıstan klubu azərbaycanlı futbolçularla yollarını ayırdı
- 15:20
- 29
Qırğızıstan çempionatında mövsümünün başa çatmasından sonra “Abdış-Ata” klubu bir neçə oyunçu ilə yollarını ayırdığını elan edib.
Rekord.az xəbər verir ki, onlar arasında iki azərbaycanlı futbolçu da var.
Bunlar Mirabdulla Abbasov və İlkin Muradovdur. Hər iki futbolçu yayda Qırğızıstan klubuna keçmişdi.
Bu dövrdə Abbasov 6 oyunda iştirak edib, bir qol vurub, Muradov isə 14 oyunda iştirak edib və dörd məhsuldar ötürmə ilə yadda qalıb.