“Qələbəyə layiq idik” - Berdıyev
- 02 Noy 2025 19:00
- 49
“Turan Tovuz” bu gün Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı”nı qəbul edib.
Rekord.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı “Şamaxı”nın bu mövsüm daha da gücləndiyini bildirib:
“Təxmin etdiyimiz kimi, çətin oyun oldu. “Şamaxı” bu mövsüm daha da güclənib. Vaxt keçdikcə daha da artırırlar. İkinci hissədə biz daha yaxşı çıxış etdik və düşünürəm ki, qələbəyə layiq idik.
Uzun müddətdən sonra azarkeşlərimiz önündə çıxış edirdik. Düşünürəm ki, bir az həyəcan var idi. Ona görə vurğuladım ki, ikinci hissədə biz daha bütöv idik və futbolçular bir az sakitləşmişdi.
Fikirləşirəm ki, ikinci hissədə biz daha yaxşı çıxış etdik və qələbəyə layiq idik. Bu gün Emmanuel Hakman ilk hissədə heç vaxt olmadığı kimi daha zəif oynadı və tez-tez səhvlər buraxırdı. Ancaq ikinci hissədə sakitləşmişdi”.