Qazaxda "Zəfər günü"nə həsr olunan futbol turniri
- 21:30
- 36
Qazaxda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş minifutbol üzrə rayon turnirinə start verilib.
Rekord.az xəbər verir ki, turnirin açılışında torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dövlət Himni səsləndirilib. Turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 8 komanda iştirak edir: Qazax Rayon İcra Hakimiyyətinin komandası, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin komandası, Qazax Rayon Polis Şöbəsinin komandası, Bakı Dövlət Universitetinin Qazax filialının komandası, Qazax Rayon Mərkəzi Xəstəxanasının komandası, Qazax Olimpiya İdman Kompleksinin komandası.
Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin kubok və diplomları ilə təltif olunacaqlar.