“Qaradağ Lökbatan”dan darmadağın
- 17:30
- 34
2-ci Liqada 10-cu turun oyunları davam edir.
Rekord.az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 3 oyun baş tutub.
"Qaradağ Lökbatan" Şirvanda meydan sahibləri üzərində böyük hesablı qələbə qazanaraq ilk pilləyə yüksəlib. "Şəmkir" səfərdə "Göygöl" üzərində əzmkar qələbə qazanıb. Autsayder "Araz Saatlı" isə "Ağdaş"la dueldən qalib ayrılıb.
Qeyd edək ki, ötən gün keçirilən açılış oyununda "Quba" "Ağstafa Gəncləri"ni 4:2 hesabı ilə üstələyib.
Tura sabah yekun vurulacaq.
2-ci Liqa
10-cu tur
24 noyabr
“Göygöl” – “Şəmkir” 1:2
Qollar: N.Təhməzli, 43 - C.Rəhimli, 49. C.Rəcəbli, 59.
“Şirvan” – “Qaradağ Lökbatan” 0:5
Qollar: T.Nəsibov, 34; 64. R.Şahmuradov, 43. İ.Hüseynov, 86. E.Quluzadə, 89.
“Araz Saatlı” – “Ağdaş” 3:1
Qollar: R.Abdullayev, 29. R.Abdullayev, 83. H.Rüstəmov, 89 - İ.Nuruşov, 75.