"Qarabağ"ın yeni transferi Julio Romao instaqram səhifəsində paylaşım edib.

Rekord.az xəbər verir ki, braziliyalı futbolçu şəxsi hesabında son klubu ilə vidalaşıb:

"Yeni hədəflər axtarmağın, yeni məqsədlərə çatmağın və yeni tarix yazmağın vaxtı gəldi. Komandanı başı dik və razı şəkildə ayrılıram. "Santa-Klara"ya, bütün oyunçulara, məşqçi heyətinə, rəhbərliyə, klubun əməkdaşlarına və klubun azarkeşlərinə çox təşəkkür edirəm. Həmişə yaddaşımda və ürəyimdə qalacaqsınız. Hər şey üçün təşəkkürlər".

Xatırladaq ki, Romao "Qarabağ"ın bu yay ikinci transferi olub. O, "Santa-Klara"dan ayrılaraq Ağdam klubu ilə 4 illik müqavilə imzalayıb.