“Layiqli qələbə qazandıq” - Bojoviç
- 18 May 2024 21:11
- 208
"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları deyib.
“Psixoloji baxımdan çətin oyun idi. Turnir cədvəlindəki vəziyyət təzyiq göstərirdi. İtkilərimiz var idi. İlk yarıda istədiyimiz kimi oynaya bilmədik. İkinci yarıda Brayan Moreno gözəl qol vurdu. Ondan sonra oyun da açıldı, daha güvənli oynamağa başladıq. Layiqli qələbə qazandıq. Qol epizodlarını reallaşdırdıq. Bu oyuna iki yarımmüdafiəçi ilə başlamaq istəyirdik. Ən azından qol buraxmamağa çalışırdıq. Çünki bu cür meydançada oynamaq çətindir. Ona öyrəşməmişik. Biz evdə daha yaxşı oynayırıq. Nəticələr də bunu göstərir. Azarkeşlərimiz qarşısında hansısa taktiki gediş barədə düşünmək yersiz olar. "Sabah"la oyunda qələbə haqda fikirləşəcəyik. Əksi haqda fikirləşmirəm də. Yəqin ki, həmin görüşdə azarkeşlər daha çox olacaq, stadion dolacaq. Bu gün bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm”.