“Qarabağ”ın legionerindən parataekvondoçulara dəstək
- 19:15
- 41
"Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borges parataekvondoçuların məşqində olub.
Bu barədə Rekord.az-a Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətindən məlumat verilib.
Futbolçu "Qarabağ"la yanaşı, özünün də pərəstişkarı olan gənc parataekvondoçu Amin Əliyevlə görüşüb. MPK-nın təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında baş tutan görüşdə Ağdam təmsilçisinin üzvü ona öz formasını hədiyyə edib.
Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılar üçün növbəti yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.