“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı
- 15:40
 - 40
 
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə dəvət alıb.
Rekord.az bu barədə Monteneqro Futbol Federasiyasının saytına istinadən xəbər verir.
30 yaşlı yarımmüdafiəçi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Cəbəllütariqlə səfər (14 noyabr), Xorvatiya ilə ev matçına (17 noyabr) çağırılıb.
M.Yankoviç 2016-cı ilin mayından dəvət aldığı Monteneqro millisinin heyətində bu günə qədər 56 oyunda iştirak edib, 1 qol vurub.