“Qarabağ”ın gəncləri “Napoli”yə uduzdular
- 20:00
- 33
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 5-ci turda İtaliyada "Napoli"nin müvafiq yaş qrupundan ibarət komandasına 0:2 hesabı ilə uduzub.
Sözügedən matç 61-ci dəqiqədə şiddətli yağış səbəbindən yarıda dayandırılıb. Təxminən 30 dəqiqəlik fasilədən sonra matç qaldığı yerdən davam edib.
Xatırladaq ki, əvvəlki 4 qarşılaşmada uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb.