“Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarıldı
- 15 Noy 2025 13:00
- 193
"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.
Rekord.az xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsi olub.
Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.