“Qarabağ”a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq”
- 18:00
- 27
Niderlandın "Ayaks" komandasının qapıçısı Viteslav Yaroş "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunun oyunu ilə bağlı danışıb.
Rekord.az xəbər verir ki, o, bu gün Bakıdakı mətbuat konfransında bunları söyləyib:
“Ayaks" komandası son matçlarda inkişaf edib. Bu klubda olduğum üçün xoşbəxtəm. Hər şey mənim üçün yaxşı keçir. Komandamız son matçdlarda inkişaf edib. Son iki oyuna əsasən bunu deyə bilərəm. "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq".
"Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.