“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Ağdam klubu əsas mərhələnin 5-ci turu çərçivəsində “Napoli” ilə üz-üzə gəlib.

Azərbaycan və İtaliya çempionları Neapolda qarşılaşıblar. “Dieqo Armando Maradona” stadionunda baş tutmuş görüşü Polşadan olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Şimon Marçinyak olub.

Oyun "Qarabağ" üçün uğursuz alınıb. Meydan sahibləri yekunda 2 cavabsız qolla qələbə qazanıblar.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur

25 noyabr

“Napoli” - “Qarabağ” 2:0
Qollar: Skott Maktominey, 65. Marko Yankoviç, 72-öz qapısına.
Matçın 56-cı dəqiqəsində Rasmus Höylund penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Şimon Marçinyak (Polşa).
“Dieqo Armando Maradona” stadionu. Saat 00:00.

Napoli: 32. Vanya Milinkoviç-Saviç, 4. Alessandro Boncorno, 7. David Neres, 8. Skott Maktominey, 13. Amir Rahmani, 17. Matias Oliveyra, 19. Rasmus Höylund, 22. Covanni Di Lorentso, 31. Sam Beukema, 68. Stanislav Lobotka, 70. Noa Lanq.
Ehtiyat oyunçular: 14. Nikita Kontini, 25. Matias Ferrante, 5. Juan Jezus, 20. Elyif Elmas, 21. Matteo Politano, 26. Antonio Verqara, 27. Lorentso Lukka, 69. Cüzeppe Ambrozini.
Baş məşqçi: Antonio Konte.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.