 
        "Qarabağ" "İmişli"yə qalib gəldi
- 31 Okt 2025 18:55
- 57
Bu gün Misli Premyer Liqasında 10-cu tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
“Qarabağ” “İmişli” ilə qarşılaşıb. “Azərsun Arena”da keçirilən oyun meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
Turun “Karvan” – “Zirə” və “Neftçi” – “Kəpəz” oyunları noyabrın 1-də, “Turan Tovuz” – “Şamaxı” və “Sumqayıt” – “Araz-Naxçıvan” görüşləri ayın 2-də, “Sabah” – “Qəbələ” qarşılaşması isə 3-də keçiriləcək.
Misli Premyer Liqası
10-cu tur
31 oktyabr
“Qarabağ” – “İmişli” 2:0
Qollar: Abdullah Zubir, 52. Emmanuel Addai, 82.
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev
VAR: Rəşad Əhmədov.
“Azərsun Arena”.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 9. Joni Montiel, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə
5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 6. Yav Mozes.
Baş məşqçi: Xorxe Kaskilya.
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        