
“Qarabağ” Elnur Əşrəfoğluya görə UEFA-ya müraciət edib
- 21 Okt 2021 12:00
- 756
“Qarabağ” sabah Konfrans Liqasının 3-cü turunda "Kayrat"ı sınağa çəkəcək.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi oyun ərəfəsində UEFA-ya müraciət edib. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəni dinləyək:
"Dünən çox kədərli xəbər aldıq. Elnur Əşrəfoğlunun vaxtsız vəfatı hər birimizi üzdü. Bununla bağlı UEFA-ya müraciət etmişik. Düzdü, böyük ehtimalla 1 dəqiqəlik sükut alınmayacaq. Amma monitorlarda Elnur Əşrəfoğlunu yad edəcəyik". ("Futbol plus")