Qadın güləşçilərin 2026-cı ildə ilk sınağı
- 04 Fev 2026 23:58
- 30
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turnirinə start verilib.
Rekord.az xəbər verir ki, “Zaqreb Open” adlanan ənənəvi yarışda ökəmizi qadın güləşi üzrə millimiz təmsil edir.
Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) xalçaya çıxacaq.
Turnirdə 1-ci dərəcəli hakim Əli Babayev ədaləti qoruyacaq.