PSJ 150 min avro cərimələndi
- 14:30
- 25
Fransa Peşəkar Futbol Liqası (LFP) "Park de Prens" stadionunda qazonun lazımi vəziyyətdə olmamasına görə "Pari Sen-Jermen"i 150 min avro cərimələyib.
Rekord.az xəbər verir ki, bu barədə LFP-nin İntizam Komissiyasının qərarında bildirilir.
Qazonla bağlı problemlərə görə Fransa çempionatının ilk turunun PSJ və "Renn" arasındakı oyunu təcili olaraq breton klubunun stadionuna köçürülüb.
İntizam Komissiyası örtüyün keyfiyyəti və ehtiyat stadionun mövcudluğu ilə bağlı tələbləri tənzimləyən reqlamentin maddəsinə uyğun olaraq sanksiyalar tətbiq edib.
Komandalar arasında 23-cü turun cavab matçı Parisdə keçiriləcək. "Renn" ilk oyunun yerinin dəyişdirilməsi ilə bağlı qərardan Fransa Milli Olimpiya və İdman Komitəsinə şikayət etmək imkanını nəzərdən keçirir.