Premyer Liqa klublarının cəzası açıqlandı
- 14:40
- 30
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 12-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Karvan-Yevlax” – “Kəpəz” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilib.
“Karvan-Yevlax” – “Kəpəz” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Karvan-Yevlax” komandası 2500 manat cərimə edilib.
“Karvan-Yevlax” – “Kəpəz” oyununda meydançaya kənar əşyalar atıldığına görə “Karvan-Yevlax” komandası 2000 manat cərimə edilib.
“Karvan-Yevlax” – “Kəpəz” oyununda “Karvan-Yevlax” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə “Karvan-Yevlax” komandası 5000 manat cərimə edilib.
“Karvan-Yevlax” – “Kəpəz” oyunundan sonra “Karvan-Yevlax” komandasının 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə 1 oyunluq cəzalanıb.
“Sumqayıt” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Sumqayıt” komandasının 72 nömrəli futbolçusu Rayan Senhadji ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Sumqayıt” komandası 500 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” komandası 2500 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” komandası 5000 manat cərimə edilib.
“Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş, stadiona gətirilməsi qadağan olunmamış əşyalar stadiona buraxılmadığına görə “Sabah” komandasına xəbərdarlıq edilib.