DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Rekord.az xəbər verir ki, bu gün 4 qrupda mübarizəyə yekun vurulub.

Azərbaycan millisinin Fransaya uduzduğu gündə Ukrayna yığması İslandiya üzərində inamlı qələbə sayəsində pley-offa vəsiqə qazanıb.

I qrupunda İtaliyanı səfərdə böyük hesabla yenən Norveç yığması DÇ-2026-nın final mərhələsinə birbaşa vəsiqə qazanıb. İtalyanlar isə pley-offda çıxış edəcəklər.

K qrupunda İngiltərə Albaniya yığmasına qalib gəlməklə mundiala birbaşa vəsiqə əldə edib. Albanlar pley-offa vəsiqə qazanıblar.

F qrupunda Portuqaliya Ermənistanı rüsvayçı hesabla yenərək mundiala birbaşa vəsiqə əldə edib. İrlandiya isə Macarıstanla oyundan qələbə ilə ayrılaraq pley-offda iştirak hüququ qazanıb.

DÇ-2026-nın seçmə mərhələsi
16 noyabr

D qrupu

Azərbaycan – Fransa 1:3
Qollar: R.Dadaşov, 4 – Mateta, 18. Akliuş, 30. X.Türam, 45.

Ukrayna – İslandiya 2:0
Qollar: Zubkov, 83. Qutsulyak, 90+3.

Xallar: Fransa – 16. Ukrayna – 10. İslandiya – 7. Azərbaycan – 1.

F qrupu

Macarıstan – İrlandiya 2:3
Qollar: Lukaş, 3. Varqa, 37 – Parrott, 15-pen; 80; 90+6.

Portuqaliya – Ermənistan 9:1
Qollar: Veyqa, 7. Q.Ramos, 28. J.Neves, 30; 41; 81. B.Fernandes, 45+3-pen; 51; 72-pen. Konseysao, 90+2 – Spertsyan, 18.

Xallar: Portuqaliya – 13. İrlandiya – 10. Macarıstan – 8. Ermənistan – 3.

I qrupu

İtaliya – Norveç 1:3
Qollar: Espozito, 11 – Nusa, 63. Haland, 78; 80.

İsrail – Moldova 4:1
Qollar: Turgeman, 21-pen. Revivo, 65; 88. Perets, 85 – Nikolaesku, 37.

Xallar: Norveç – 24. İtaliya – 18. İsrail – 12. Estoniya – 4. Moldova - 1.

K qrupu

Albaniya – İngiltərə 0:2
Qollar: H.Keyn, 74; 82.

Serbiya – Latviya 2:1
Qollar: Katai, 49. Stankoviç, 60 – Qutkovski, 12.

Xallar: İngiltərə – 24. Albaniya – 14. Serbiya – 13. Latviya – 5. Andorra – 1.