Futbol üzrə Niderland birinci divizionunda 6-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ayaks”ın ikinci komandası ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının bərabərlik qolunu da 90+2-ci dəqiqədə məhz Ozan vurub.

“Eyndhoven” hazırda 10 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.