DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində futbol üzrə Norveç millisi öz meydanında İtaliyanı 4:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.


Rekord.az xəbər verir ki, qarşılaşma İtaliyanın Milan şəhərində baş tutub.


Qaliblərin qollarını Antonio Nussa (63-cü dəqiqə), Erlinq Haaland (78, 80) və Yorgen Larsen (90+3) vurub. Təsəlli qoluna Françesko Esposito (11) imza atıb.


Norveçin səkkiz oyundan 24 xalı var və I qrupda liderdir. İtaliya isə 18 xalla ikinci yerdədir.


Bununla da Norveç 1998-ci ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.