“Nəticə istədiyim kimi oldu”
- 15:45
- 34
Sərbəst güləş üzrə Avropa çempionu Ali Tsokayev (92 kq) təəssüratlarını bölüşüb.
Rekord.az xəbər verir ki, o, bunları söyləyib:
“Bu, böyüklərin Avropa çempionatında debütüm idi. Keçən ay U23 Avropa çempionatında qalib olmuşdum. Üstümdə əməyi olan məşqçi heyətinə, məni dəstəkləkləyənlərə öz minnətdarlığımı bildirirəm. Final görüşü istədiyim kimi başlamadı. Görüş bir az gərgin keçdi və bir qədər təzyiq var idi. Amma şükür, nəticə istədiyim kimi oldu. Gələn il inşallah 97 kq-da çıxış etməyi planlaşdırıram”.