Nəriman oynadı, komandası uduzdu
- 13:00
- 30
ABŞ-da MLS liqasının Şərq Konfransının 8-ci turunun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı "Kolumbus Kru” səfərdə "Nyu-Enqland Revolyuşn”a 1:2 hesabı ilə məğlub olub.
Nəriman meydana 88-ci dəqiqədə, bütün qollar vurulduqdan sonra daxil olub.
"Kolumbus Kru" hazırda turnir cədvəlində 6 xalla 12-ci pillədədir.