“Neftçi” üçün hər şeyimi verməyə hazıram” - Jubitana
- 13:30
- 20
"Neftçi"nin yeni transferi Denzel Jubitana klub üçün hər şeyini verməyə hazırdır.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə "ağ-qaralar"ın mətbuat xidmətinə açıqlamasında deyib.
Belçikalı vinger öz oyun üslubu haqqında danışıb:
"Ən güclü tərəflərimdən biri kreativliyimdir. Meydanda yaradıcı olmağı və sərbəstliyi xoşlayıram. Mən bu klub üçün hər şeyimi verməyə hazıram. Ən qısa zamanda görüşənədək".
Xatırladaq ki, "Neftçi" Denzel Jubitana ilə 2 illik müqavilə imzalayıb.