“Neftçi” Qədirovu təbrik etdi
- 23 Noy 2025 21:29
- 163
“Neftçi”nin veteran futbolçusu Vladislav Qədirov “Palms Sports Arena”da qonaq olub.
Rekord.az xəbər verir ki, “Neftçi” – “İmişli” matçından əvvəl klubun baş icraçı direktoru Cenk Sümer veteran futbolçuya 55 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, xatirə hədiyyəsi təqdim edib.
Qədirov 1988-1991, 1995-ci illər ərzində “Neftçi”nin heyətində 101 oyun keçirib, 11 qol vurub.