«Neftçi» Qana yığmasının hücumçusu Con Antvi Dukuya dəvət göndərib.

Rekord.az-ın məlumatına görə, Bakı təmsilçisi 29 yaşlı forvarda 2 illik müqavilə təklif göndərib.

Futbol həyatına yerli «Drims»də atılan Duku hazıırda karyerasını Misirdə davam etdirir. O, 2019-cu ildən bəri «Piramids»in formasınıı geyinir.

Adıçəkilən hücumçu 2017-ci ildən dəvət aldığı ölkəsinin əsas millisində 2 oyuna çıxıb. (sportinfo.az)