Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bədii gimnastika üzrə “Grace of nature” adlı beynəlxalq turnirə bu gün start verilib.

Rekord.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gimnastika Federasiyası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən turnir 2008-2017-ci il təvəllüdlü gimnastları əhatə edir.