Musa Qurbanov yenə cibindən pul xərcləyir
- 11 Avq 2021 13:00
- 1048
"Zaqatala" AFFA-dan maliyyələşsə də, bəzən ayrılan vəsait ya gecikir, ya da xərcləri tam ödəmir.
Rekord.az xəbər verir ki, bundan əvvəl bir neçə dəfə olub ki, klub prezidenti Musa Qurbanov öz cibinin vəsaitini komandaya xərcləyib.
Əldə etdiyimiz məlumata görə, bu proses hazırda da davam edir. Belə ki, hazırda da Qurbanov əlini cibinə salır, futbolçuların bəzi problemlərini klubun büdcəsindən yox, öz cibindən qarşılayır.