Mirabdulla Abbasov və İlkin Muradov “Abdış-Ata”ya lazım olmadılar
- 16:00
- 37
Azərbaycanlı futbolçular - hücumçu Mirabdulla Abbasov və yarımmüdafiəçi İlkin Muradov Qırğızıstanın “Abdış-Ata” klubundan ayrılıblar.
Rekord.az xəbər verir ki, Qırğızıstan çempionatında mövsümünün başa çatmasından sonra “Abdış-Ata” klubu bir neçə oyunçu ilə yollarını ayırdığını elan edib.
Onların arasında iki azərbaycanlı futbolçu da var. Bunlar Mirabdulla Abbasovla İlkin Muradovdur. Hər iki futbolçu yayda Qırğızıstan klubuna keçmişdi. Bu dövrdə Abbasov 6 oyunda iştirak edib, 1 qol vurub, Muradov isə 14 oyunda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Neftçi”nin yetirməsi olan Murabdulla karyerası ərzində “Dauqavpils”, “Sumqayıt”, “Səbail”, “İrəvan” kimi klubların da şərəfini qoruyub. 30 yaşlı hücumçu Azərbaycan millisində də 4 oyun keçirib.
Muradov isə karyerası ərzində “Zirə”, “Səbail” və “Şamaxı”nın da uğurları üçün çalışıb. 29 yaşlı hücumameyilli yarımmüdafiəçi vaxtilə Azərbaycanın U-21 yığmasında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.