Hazırda I Liqada 3-cü yerdə olan və pley-off şansını saxlayan "Mingəçevir" də lisenziyalaşdırma ilə bağlı sənədlərini AFFA-ya təqdim edib.

Rekord.az xəbər verir ki, Mingəçevir təmsilçisi əsas stadion  kimi məhz Mingəçevir stadionunu qeyd edib.

Bildiriblər ki, əgər komanda elitaya vəsiqə qazansa, o zaman qısa müddətdə öz stadionlarını Premyer Liqa standardlarına uyğun səviyyəyə çatdıracaqlar.