Millinin baş məşqçisi istefa verdi
- 17:00
- 29
Yamayka millisinin baş məşqçisi Stiv Maklaren istefa verib.
Rekord.az xəbər verir ki, buna səbəb onun rəhbərlik etdiyi komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməməsi olub.
Amerika zonası üzrə seçmə mərhələnin B qrupunda Kurasao ilə qolsuz bərabərliklə bitən görüşündən sonra Yamaykanın DÇ-2026-nın əsas mərhələsində iştirak şansı qalmayıb.
Kurasao seçmə mərhələni 12 xalla lider başa vurub. Yamayka millisi isə 11 xalla ikinci olub. Trinidad və Tobaqo 9 xalla üçüncü, Bermud 0 xalla sonuncu - 4-cü yerdə qərarlaşıb.