Azərbaycanın 16 yaşlı voleybolçu qızlardan ibarət millisi Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək. "Rekord.az" xəbər verir ki, yarış 23-28 noyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

Çempionatda 9 ölkənin milli komandası mübarizə aparacaq. Azərbaycanla yanaşı, ev sahibi Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşa yığmaları qələbə üçün meydana çıxacaqlar. A qrupunda yer alan millimizin rəqibləri Rusiya, Ukrayna, Latviya və Gürcüstan yığmalarıdır. Polşa, Belarus, Litva və Estoniya isə B qrupunda mübarizə aparacaqlar.  

Yarışa hazırlığı davam edən yığmamız 18 nəfərlik heyətlə məşqlərini keçir. Komandamızı EEVZA çempionatında baş məşqçi kimi meydana qadınlardan ibarət əsas millimizin məşqçilər korpusunda yer alan gənc mütəxəsis Emin Əbilov çıxaracaq.

Millimizin EEVZA çempionatındakı oyunları
Gürcüsta, Tbilisi
23 noyabr

   15:00 Azərbaycan - Ukrayna
   17:30 Gürcüstan - Rusiya

24 noyabr
   15:00 Gürcüstan - Latviya
   17:30 Rusiya - Ukrayna

25 noyabr
   10:00 Latviya - Rusiya
   15:00 Azərbaycan - Gürcüstan

26 noyabr
   12:30 Rusiya - Azərbaycan
   17:30 Ukrayna - Latviya
       
27 noyabr
   10:00 Latviya - Azərbaycan
   15:00 Ukrayna - Gürcüstan