Millimizdən Moldova ilə heç-heçə
- 30 Okt 2025 20:45
- 38
Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Moldova ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.