Millimiz seçmə mərhələdə mübarizəyə start verir
- 13:15
- 29
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə start verəcək.
Rekord.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Çexiya yığması ilə üz-üzə gələcək.
Görüş Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qarşılaşmanın baş hakimi finlandiyalı Oliver Reytala olacaq.
U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.