Qadın futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq.


Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda Dəkkə şəhərində "FIFA Tri Nations Women's Football Series 2025" turnirində Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.


Azərbaycan millisi noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq.


Oyunların başlama vaxtı və hakim təyinatları hələlik bəlli deyil.