Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.


Rekord.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.


Qarşılaşma Kişineuda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.


Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.