Messili "İnter Mayami" yarımfinalda
- 11:20
- 29
ABŞ-nin Sinsinnati şəhərindəki "Ti-Kyu El Stedium" stadionunda "Sinsinnati" və "İnter Mayami" arasında MLS-nin pley-offunun 1/4 final matçı başa çatıb.
Rekord.az xəbər verir ki, matç "İnter Mayami"nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində argentinalı oyunçular Mateo Silvetti və Tadeo Allende (dubl) fərqləniblər. Hücumçu Lionel Messi də bir qol vurub və üç məhsuldar ötürmə edib.
Beləliklə, "İnter Mayami" turnirin yarımfinalına yüksəlib. Komanda "Filadelfiya" – "Nyu-York Siti" matçının qalibi ilə qarşılaşacaq.