
Messi xorvatlarla yarımfinal haqda
- 10 Dek 2022 18:11
- 483
Argentina millisinin lideri Leonel Messi dünya çempionatının yarımfinalında üz-üzə gələcəkləri Xorvatiya millisi haqda danışıb.
Rekord.az xəbər verir ki, o, qarşılaşmanın çox çətin keçəcəyini bildirib.
Eyni zamanda rəqibin Braziliyanı mübarizədən kənarlaşdırmasını xüsusi qeyd edib: "Ağır oyun olacaq. Xorvatiya klass komanda olduğunu göstərdi. Onlar Braziliya ilə başa-baş oynadılar və hətta oyunun müəyyən hissəsində topa sahib olmada üstünlük qazandılar. Xorvatiya ötən mundialdan eyni baş məşqçinin rəhbərliyi altında oynayır. Bu mənada onlar bir-birlərini çox yaxşı tanıyır və başa düşürlər. Bu, yarımfinaldı və ağır keçəcək".