ABŞ-nin "İnter Mayami" klubunun oyunçusu Lionel Messi tarixdə ən çox məhsuldar ötürmə verən iki futbolçudan biridir.


Rekord.az xəbər verir ki, 38 yaşlı hücumçu buna MLS-in 1/4 final mərhələsinin cavab oyununda, "Tsintsinnati"yə qalib gəldikləri (4:0) matçda nail olub.


Argentinalı ulduz oyunçu karyerasında buna 404-cü dəfə nail olub və əfsanəvi Ferents Puşkaşa çatıb.


Qeyd edək ki, Messi sözügedən görüşdə bir qol və üç assistlə yadda qalıb.