Messi Ronaldonun rekordunu təkrarladı
- 13:30
- 29
"İnter Mayami"nin futbolçusu Lionel Messi Argentina millisinin Anqola ilə keçirdiyi son yoldaşlıq oyununda yığmada növbəti qolunu vurub.
Rekord.az xəbər verir ki, 38 yaşlı hücumçu 82-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb.
Bununla da, Messi karyerasında 11-ci dəfə bir təqvim ili ərzində 45 və ya daha çox qol vuran ikinci futbolçu olub. Bu göstəriciyə ilk çatan oyunçu Portuqaliya millisinin üzvü Kriştiano Ronaldodur.
Qeyd edək ki, Argentina millisinin kapitanı 2005-ci ildə debüt etdiyi vaxtdan yığmada 196 matçda 115 qol vurub.