Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.


Rekord.az xəbər verir ki, o, Almaniyada yerli "Frayburq" və Avstriyanın "Zalsburq" komandaları arasında keçiriləcək əsas mərhələnin 6-cı turunun matçını idarə edəcək.


Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.


"Frayburq" - "Zalsburq" matçı dekabrın 11-də baş tutacaq.