"Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionu 1965-ci ildə yeni tikiləndə tutumu 15350 nəfər idi.

Rekord.az xəbər verir ki, 2019-cu ildə stadionda yenidənqurma işlərinə start veriləndə yeni stadionun 16 000 nəfər olacağı deyilmişdi.

Lakin işlər yekunlaşandan sonra məlum oldu ki, tutum əslində 9502 nəfərdi. Lakin bir məsələ də var ki, stadionda anşlaq olduğu vaxtlarda belə, protokola maksimum 9100 nəfər yazılır. 402 nəfər niyə qeydə alınmır, bunun da səbəbi var. Sən demə 9502 nəfərlik stadionun tamaşamı tutumu sonradan bir qədər də azaldılıb. Çünki stadion yenilənəndə canlı yayım üçün çəkiliş yeri və həmçinin, media sektor qoyulmamışdı. Bu üzdən də PFL stadionu yarışlar üçün qəbul etmirdi. Sonradan məhz bu məkanlar üçün bir neçə sektor dağıdıldı, həmin sektorların yerində çəkiliş meydançası və media sektor düzəldildi. Dağıdılan sektorlar isə təbii ki, tutumu daha da azaltdl. Bu səbəbdən də rəsmi sənədlərdə 9502 nəfər getsə də, stadionun real tutumu 9200 nəfərdi. Oyunlara birinci sıra üçün bilet satışı olmadığını da nəzərə alsaq, bu rəqəm daha da aşağı düşmüş olur.